İsrailin Livanda itkiləri artdı

19.06.2026

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Livanın cənubunda radikal yaraqlıların hücumları nəticəsində İsrail Müdafiə Qüvvələrinin (İDF) batalyon komandiri və üç İsrail əsgəri həlak olub, daha beş İsrail əsgəri yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti məlumat yayıb.
“401-ci Zirehli Briqadanın 52-ci batalyonunun komandiri, podpolkovnik Dor Qedaliya Livanın cənubunda baş verən atışma zamanı həlak olub. Hadisə zamanı daha üç əsgər həlak olub", - məlumatda qeyd edilib.
Digər tərəfdən, nazirlik əlavə edib ki, cümə gecəsi Livanın cənubunda partlayıcı maddələr daşıyan pilotsuz təyyarənin vurması nəticəsində bir İsrail Müdafiə Qüvvələrinin zabiti və daha dörd əsgər yaralanıb.
"Əsgərlər tibbi müalicə üçün xəstəxanaya təxliyə ediliblər", - deyə mətbuat xidməti əlavə edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью