İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

05.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 sentyabr, AZƏRTAC

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində üç mülki şəxs həlak olub, 23 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kfar Rummana şəhərinə endirilən zərbə nəticəsində iki nəfər ölüb. Daha bir nəfər isə Ramadiyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

İsrail ordusu zərbələrin “Hizbullah”ın İsrail hərbçilərinə qarşı hücumuna cavab olaraq həyata keçirildiyini bildirib. Ordunun məlumatına görə, Nəbatiyyə yaxınlığında İsrail qoşunlarına partlayıcı maddələr daşıyan dron atılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью