İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb

21.11.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr günorta saatlarında Livanın cənub sahilindəki Tir şəhəri yaxınlığında bir neçə kəndə zərbələr endirib.

APA “Lebanon24” portalına istinadən xəbər verir ki, hava hücumları nəticəsində 9 nəfər ölüb, 65 nəfər yaralanıb.

Bildirilib ki, ən çox ziyan bir neçə evin dağıldığı Maarak şəhərinə dəyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью