Icma.az, Avtosfer portalına istinadən məlumat yayır. Artıq uzun illərdir davam edən İsrail-Fələstin müharibəsi Yaxın Şərqdə yeni nüansları o
Donald Tramp ABŞ-nin prezidenti seçildikdən sonra dünyada sülhü bərqərar edəcəyini bildirsə də, İsraillə Fələstin arasındakı münasibətləri t
Oktyabrın 12-si İsrailə səfər etdikdən sonra növbəti gün Misirdəki sülh sammitinə qoşulan Tramp İsraillə Fələstin arasında atəşkəsə nail olm
Lakin artıq 2 gündür davam edən döyüşlər yenidən alovlanmağa və günahsız insanların ölümünə səbəb olub.
Bir sıra siyasi dairələrdə İsrailin öz məqsədinə nail olduğunu, əsirləri geri qaytardığını və artıq kimsənin onun qarşısını ala bilməyəcəyinə əmin olduğu üçün hücumlara yenidən başladığını bildirirlər.
Məsələ ondadır ki, 1 həftə çəkən atəşkəs prosesində İsrailin nələrə nail olduğu, hansı siyasət güddüyü bilinmir.
Bu azmış kimi, dünya ictimaiyyəti İsrailin bu dəfəki hücumundakı məqsədi də anlamaqda çətinlik çəkir.
Mövzu ilə əlaqədar politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Qəzzada baş verən hadisə şübhəsiz ki, bir daha onu göstərdi ki, İsrail üçün burada əsas məqsəd əsirləri azad etmək olub.