İsrailin müdafiə naziri HƏMAS ı Qəzza razılaşmasını pozmaqda ittiham edib

10.02.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, HƏMAS hərəkatının girovların azad edilməsi prosesini dayandırması ilə bağlı açıqlaması "müqaviləni pozmaq"dır.

APA xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

“HƏMAS-ın bəyanatı atəşkəs razılaşmasının və oğurlanan şəxslərin azad edilməsinə dair razılaşmanın tamamilə pozulmasıdır. Mən İsrail Ordusuna Qəzzada baş verə biləcək istənilən ssenariyə ən yüksək səviyyədə hazırlaşmağı və İsrail sərhədindəki yaşayış məntəqələrini qorumağı tapşırmışam”, - nazir qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью