İsrailin müdafiə naziri İranın yeni liderinin də hədəf olacağını bildirib

04.03.2026

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, əgər İranda ali lider vəzifəsinə yeni şəxs təyin olunarsa və o, əvvəlki rəhbər Ayətulla Ali Xameneyinin siyasətini davam etdirərsə, o da aradan götürülməsi üçün hədəfə çevriləcək.

Xalqcebhesi.az xəbər verir ki, nazir sosial şəbəkə X-də yayımladığı açıqlamada bildirib:“İranın terrorçu rejimi tərəfindən İsraili məhv etmək planını davam etdirmək, ABŞ-yə, azad dünyaya və region ölkələrinə təhdid yaratmaq, həmçinin İran xalqını sıxışdırmaq üçün təyin olunan istənilən lider qeyd-şərtsiz olaraq aradan götürülməsi üçün hədəf olacaq.”

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью