İsrailin müdafiə naziri raket hücumundan sonra husiləri hədələyib

02.07.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin müdafiə naziri İsrael Katz husilərin axşam saatlarında atdığı raketdən sonra Yəməni hücumla hədələyib.

APA xəbər verir ki, Katz bu haqda öz “X” hesabında məlumat verib.

Paylaşımında İsrailin İrana hücumlarına toxunan Katz husiləri də eyni şəkildə vuracaqlarını bildirib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yəməndəki husilər İsrailə doğru bir raket atıblar. Husilər raketin hədəfə düşdüyünü açıqlasa da İsrail ordusu raketin zərərsizləşdirildiyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью