Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsraildə bu gün keçirilən seçkilərin favoritlərindən hesab olunan Qadi Ayzenkot İrana münasibətini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə o, mediaya açıqlamasında deyib.
“Müharibənin məqsədi İslam Respublikasında hakimiyyəti devirmək olmamalıdır, ən doğru yol Tehranın nüvə proqramını, raket proqramını və proksi qruplarını məhv etməkdir. Bunu necə edəcəyimi bilirəm”, - o əlavə edib.
O, İslam Respublikasının süqutunun bəşəriyyət, region və İsrail üçün böyük fayda verəcəyinə inandığını da söyləyib.
Ayzenkot Netanyahunun da onun qabiliyyətlərindən xəbərdar olduğunu bildirib. Onun sözlərinə görə, İsrail baş naziri onu çox tərifləyib və bu təriflərin səs yazısı var.
Qeyd edək ki, Qadi Ayzenkot İsrail Baş Qərargahının sabiq rəisidir.