“İsrailin niyyəti Qəzzada müharibəni yenidən başlatmaqdır”

17.02.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

“İsrailin niyyəti bütün girovları geri aldıqdan sonra təəssüf ki, Qəzzada müharibəni yenidən başlatmaqdır”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT World”ə müsahibəsi zamanı deyib.

O bildirib ki, İsrailə amerikalılardan başqa təzyiq edəcək və onları dayandıra biləcək başqa güc yoxdur.

Fidan qeyd edib ki, ABŞ Prezidenti Tramp və onun administrasiyası Qəzzada növbəti soyqırımın qarşısını almalıdır.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью