İsrailin Nuseyrat qaçqın düşərgəsinə hücumu nəticəsində 7 nəfər ölüb

10.12.2024

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin Qəzza zolağının mərkəzindəki Nuseyrat qaçqın düşərgəsinə hücumu nəticəsində 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qətərdə yerləşən Əl-Cəzirə televiziyası bildirib.

Televiziyanın məlumatına görə, İsrail əsgərləri reyd zamanı bir neçə yaşayış binasını partladıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью