“İsrailin Qəzza xəstəxanasına hücumu tamamilə qəbuledilməzdir” AK

26.08.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Avropa Komissiyası İsrail ordusunun Qəzza zolağının cənubundakı Fələstin ərazisindəki Nasser xəstəxanasına hücumunun “tamamilə qəbuledilməz” olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” Avropa Komissiyasının sözçüsünə istinadən məlumat yayıb.
“Vətəndaşlar və jurnalistlər beynəlxalq hüquqa uyğun olaraq qorunmalıdır. Qəzzada yaşayan mülki insanlar çox uzun və həddən artıq əziyyət çəkiblər və artıq zorakılıq dövrünü dayandırmağın vaxtı çatıb”, - Komissiyanın sözçüsü Ənvər Əl-Anuni bildirib.
Xatırladaq ki, İsrail ötən gün – avqustun 25-də Xan Yunisdəki Nasser xəstəxanasına bir neçə dəqiqə ərzində iki zərbə endirib. Xəstəxanadan bildirilib ki, ilk hücumdan sonra hadisə yerinə gələn jurnalistlər, səhiyyə işçiləri və təcili tibbi yardım işçiləri ikinci hücumda hədəfə alınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью