İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlada 100 nəfər həlak olub

03.04.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusu Qəzza zolağının bir çox bölgəsində məcburi köçkünlərin sığındığı fələstinlilərin evlərini və çadırlarını hədəfə alıb.

Bakıvaxtı.az bu barədə Fələstin mediasına istinadən xəbər verir.

Belə ki, İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi hücumlarda həyatını itirən 97 nəfərin və dağıntılar altından çıxarılan 3 nəfərin cəsədinin bölgədəki xəstəxanalara çatdırıldığı bildirilib. Hücumlarda 138 nəfərin yaralandığı qeyd olunub.

Bununla da İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 50 min 523 nəfərə, yaralı sayının isə 114 min 776 nəfərə çatıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью