İsrailin Qəzzada evlərə hücumu nəticəsində ölənlərin sayı 27 yə yüksəlib

19.03.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

İsrail ordusunun Qəzza zolağında bir evə təşkil etdiyi hücumda ölənlərin sayının 27-yə yüksəldiyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əl-Cəzirə televiziyası məlumat yayıb.

Məlumata görə, İsrailin Fələstin ərazisinin şimalında yerləşən Qəzza şəhərinin Əl Sabra bölgəsində yaşayış binasını vurub.

Artilleriya atəşi nəticəsində azı 25 nəfərin öldüyü, çox sayda insanın yaralandığı qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью