İsrailin Qəzzada məktəbə endirdiyi hava zərbəsi nəticəsində azı 15 nəfər ölüb

12.05.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

İsrailin Qəzza zolağının şimalında məktəb binasına endirdiyi hava zərbəsi nəticəsində azı 15 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Fələstinin şimalındakı Cəbəliyyə bölgəsindəki qızlar məktəbinə bir sıra zərbələr endirib.

Partlayış nəticəsində içəridə uşaqlar da daxil olmaqla ən azı 15 nəfər həlak olub.

Telekanal həmçinin bildirir ki, son 24 saat ərzində İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr və reydlər zamanı azı 40 fələstinli ölüb, 80-dən çox fələstinli yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью