İsrailin Qəzzada törətdikləri Livanda təkrarlanmamalıdır Türkiyə XİN

12.03.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) İsrailin Livana hücumlarını pisləyib.

Redaktor.az xəbər verir ki, bu, Türkiyə XİN-in bəyanatında qeyd olunub.

"Təxminən bir milyon insanın didərgin düşməsinə səbəb olan hücumları şiddətlə qınayırıq" , - məlumatda bildirilib və əlavə edilib ki, bu hücumlar beynəlxalq humanitar hüququ pozur.

Türkiyə XİN-in bəyanatında vurğulanıb ki, İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatların Livanda təkrarlanmasına imkan verilməməlidir:

"İsrailin Livanın ərazi bütövlüyünü və suverenliyini təhdid edən hücumları fonunda Livan xalqı və dövləti ilə həmrəylik içində olmağa davam edəcəyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью