Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
“İsrail yarandığı gündən bəri daima təhlükəsizliyinin təmin olunması səbəbi ilə öz coğrafiyasını genişləndirməyə çalışıb.
1948-ci il xəritəsi ilə bugünkü xəritə müqayisə olunarsa bu, aydın görünə bilər.
Bu məqsədlə müxtəlif zamanlarda fərqli strategiyalar tətbiq olunub”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib.
Ş.Cəlilzadə əlavə edib ki, vaxtilə ətrafdakı ərəb-müsəlman dövlətləri ilə müharibələr (1948, 1956, 1967-ci il müharibələri), o cümlədən Misir, İordaniya və Suriya hesabına ərazi genişləmələrinə nail olan İsrail 1979-cu ildə Misirlə razılaşma əldə etdikdən (Sina yarımadasını Misirə qaytardıqdan) sonra 1980-90-cı illərdə fələstinlilərin yaşadığı ərazilərdə yəhudi yaşayış məhəllələrinin sayını gedərək artırmaqla ekspansiya etdi: “Lakin 2005-ci il dönüş nöqtəsi idi.
Həmin ildə Şaron Höküməti İsrailin yaşayış məhəllələri tikməklə ekpansiya siyasətindən imtina etdi və yəhudilər Qəzzanı tərk etdilər.
Bunun səbəbi təbii ki, yenə də yəhudilərin təhlüksizliyi idi.