İsrailin Qəzzanı bombaladı 39 fələstinli öldürüldü

29.12.2024

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

İsrail ordusunun şənbə günü Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 39 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Fələstin anklavının şimal hissəsi əsasən bombardmana məruz qalıb, nəticədə həmin ərazidə 27 nəfər dünyasını dəyişib.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, Fələstin-İsrail qarşıdurmasının kəskinləşməsindən bu yana təxminən 45,5 min fələstinli həlak olub, 108 mindən çox şəxs isə yaralanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью