İsrailin Qəzzaya hava zərbələri nəticəsində 28 nəfər ölüb

12.12.2024

Operativ MM portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fələstin rəsmiləri İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 7-si uşaq olmaqla 28 nəfərin öldüyünü bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu zərbələrdən bir neçə saat əvvəl BMT Baş Assambleyası Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə qəbul edib.

Zərbələrdən biri gecə saatlarında baş verib və Nuseyrat qaçqın düşərgəsindəki evi dağıdıb.

Daha iki zərbə nəticəsində humanitar yardımın çatdırılmasını təmin edən yerli komitələrin tərkibində olan 15 nəfər həlak olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью