İsrailin Qəzzaya hücumları davam edir: ölənlər var

15.01.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusunun Qəzza zolağının şimal və mərkəzi hissələrində həyata keçirdiyi hücumlarda 13 nəfər həyatını itirib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzza zolağının şimalında yerləşən Yarmuk rayonunda köçkün fələstinlilərin sığındığı Fərabi məktəbini bombalayıb. 

Hücum nəticəsində 7 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. 

Həmçinin, Qəzza zolağının mərkəzi hissələrində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsinin cənubunu vurub. 

Bu hadisə səbəbindən də 6 nəfər ölüb, 7 nəfər yaralanıb.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью