Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
İsrailin Qəzza zolağına davam edən hücumları nəticəsində 75 min fələstinli evlərini tərk etməyə məcbur olub.
Missiya.Az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.
Məlumata görə, didərgin düşən fələstinlilər UNRWA-ya məxsus 100-dən çox binada sığınıb. Agentlik bildirib ki, bu binaların çoxu İsrailin hücumları nəticəsində zərər görüb.
UNRWA-nın bəyanatında qeyd olunub ki, sığınacaqlarda sıxlıq “həddindən artıq” səviyyədədir. Qurum rəsmiləri çətin şəraitə baxmayaraq, köçkünlər üçün təhlükəsiz şərait yaratmağa çalışdıqlarını bildiriblər.
Seyranə Quliyeva
Missiya.Az