Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 40 nəfər artaraq 54 min 510 nəfərə, yaralıların sayı isə 124 min 901-ə çatıb.
Missiya.Az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
İsrail ordusunun Qəzzada 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan bu yana təşkil etdiyi hücumlarda 4 min 240 fələstinlinin həyatını itirdiyi, 12 min 860 nəfərin yaralandığı bildirilib.
Zərintac Mayisqızı
Missiya.Az