İsrailin Qəzzədəki hücumu: 7 nəfər həlak oldu, 5 nəfər yaralandı

05.12.2024

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücum nəticəsində 7 fələstinli həlak olub.

Redaktor.az xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, Beyt-Lahiya şəhərindəki Kemal Advan xəstəxanasının yaxınlığında yerləşən ev hücuma məruz qalıb. Hücum nəticəsində 7 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. Axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Bundan əlavə, İsrail ordusunun pilotsuz uçuş aparatları ilə İndoneziya Xəstəxanasına təşkil etdiyi hücumda 3 nəfərin yaralandığı qeyd olunub.

Türkan İSGƏNDƏRLİ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью