İsrailin Quma hava zərbəsində SEPAH komandiri Səid İzadi öldürülüb

21.06.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin Fələstin Korpusunun rəhbəri Səid İzadi İsrailin İranın Qum şəhərində mənzilə endirdiyi zərbə nəticəsində öldürülüb.

Bu barədə İsarilin müdafiə naziri İsrail Katz bildirib.

Katz İzadinin 7 oktyabr hücumundan əvvəl HAMAS-ı maliyyələşdirmək və silahlandırmaqdan məsul olduğunu bildirib və əməliyyatı İsrail kəşfiyyatı və hava qüvvələri üçün böyük nailiyyət adlandırıb.

/APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью