İsrailin razılaşmanı pozmasının qarşısını almaq lazımdır Ərdoğan

16.01.2025

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında Qəzza zolağında atəşkəslə bağlı razılaşmalardan məmnun olduğunu bildirib.

Redaktor.az bu barədə yerli mediaya istinadla xəbər verir.

"İndi yəhudi dövlətinin bu razılaşmaları pozmasının qarşısını almaq vacibdir", - deyə o, Ankarada monqol həmkarı Uxnaaqiyn Xurelsux ilə danışıqların yekununda bildirib.

“İndi qarşımızda İsrailin Qəzzada törətdiyi genişmiqyaslı dağıntıların aradan qaldırılması və bölgəyə humanitar yardımın çatdırılması kimi çox mühüm iş var", -  Ərdoğan qeyd edib.

Turan İSMAYIL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью