İsrailin səfiri: Azərbaycanla münasibətlər daha da inkişaf edəcək

29.04.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan hər bir insanın özünü azad və xoşbəxt hiss etdiyi, hamıya hörmətlə yanaşıldığı bir dövlətdir. Burada mən sadəcə diplomatiyanın yüksək səviyyədə olduğunu deyil, əsl insanpərvərlik nümunəsini görmüşəm”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus Akko şəhərində yerləşən və Dağ Yəhudilərinin Koordinasiya Mərkəzinə məxsus olan “Azərbaycan Evi”ndə çıxışı zamanı bildirib.

Səfir Kraus hələ 2011-ci ildə Bakıdakı səfirliyin müşaviri işlədiyi dövrü xatırlayıb.

Diplomat ölkələrimiz arasındakı münasibətlərin gündən-günə daha da inkişaf edəcəyini açıqlayıb.

Tədbirdə eyni zamanda, yəhudilərin İsraildən sonra təhlükəsiz və rahat şəraitdə yaşadığı ikinci ölkənin məhz Azərbaycan olduğu diqqətə çatdırılıb.

Çıxış edənlər Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının tezliklə imzalanacağına inam ifadə ediblər. Bununla yanaşı, rəsmi İrəvanın bütövlükdə regiona zərər verən addımları qınanılıb.

Daha sonra səfir “Azərbaycan Evi”nin yerləşdiyi bina ilə tanış olub.

Görüşün sonunda xatirə fotosu çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью