İsrailin Şərqi Azərbaycana zərbələri zamanı 52 nəfər öldü

22.06.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

13 iyundan 22 iyunadək İsrailin Şərqi Azərbaycan vilayətinə hərbi hava hücumları nəticəsində 52 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan vilayəti fövqəladə hallar idarəsinin baş direktroru Məcid Fərşi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün də İsrailin Şərqi Azərbaycan vilayətinə hücumlar davam edib. Səhər saatlarında Təbriz şəhərində 4 məkan vurulub. Onlardan üçü şəhərin ətrafı, biri isə hərbi obyektdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью