İsrailin Suriyada irəlləməsinə Türkiyə XİNdən REAKSİYA

10.12.2024

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə İsrailin Suriya ərazisində irəliləməsini tənqid edib.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“İsrailin Suriya torpaqlarında irəliləməsini şiddətlə qınayırıq. Suriyanın müstəqilliyi, siyasi birliyi və ərazi bütövlüyünə dəstəyimizi qətiyyətlə təkrar edirik”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, “Al-Mayadin” portalı İsrail ordusuna məxsus zirehli texnikaların Suriya ərazisinin dərinliklərinə doğru irəlilədiyini yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью