İsrailin Təbrizdə vurduğu ərazilər Siyahı

19.06.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, İsrail İranda ən çox hərbiləşmiş şəhərlərdən biri olaraq Təbrizə, daha doğrusu, Təbriz yaxınlığına zərbələr endirir.

Axar.az İsrailin indiyə qədər Təbriz ətrafında vurduğu obyektləri təqdim edir:

1. Təbriz hava limanının yanında yerləşən İkinci Hava Hücumu Mərkəzi (Təbriz hava limanı zərər görməyib);

2. Sərdari kəndinin üstündə yerləşən radar sistemi;

3. SEPAH-ın ən güclü ordularından olan 12 minlik şəxsi heyətə sahib “Aşura” qüvvələri – Təbrizin qərbində yerləşir;

4. SEPAH-ın Əndişə şəhərciyinə yaxın ərazidə yerləşən bazası və sursat anbarı;

5. SEPAH-ın Təbriz Gömrük İdarəsinin arxasında (50-60 metrliyində) yerləşən silah anbarı;

6. Seyidava kəndinin üstündə HHM sistemi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью