İsrailin təcavüzü davam edərkən danışıqlara yer yoxdur Nazir

20.06.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

İran rəsmi olaraq bəyan edib ki, İsrail İran ərazisinə hava hücumlarını davam etdirdiyi müddətdə nüvə danışıqlarını bərpa etməyəcək.

Bizimyol.info xəbər verir ki, bunu Cenevrədə olan xarici işlər naziri Abbas Əraqçi deyib.

“Təcavüz davam etdiyi müddətdə heç kim danışıqlar aparmayacaq”, - deyə nazir bildirib.

O, son hücumların diplomatik prosesə “dağıdıcı zərbə” vurduğunu vurğulayıb: “Vətəndaşlarımızın həyatı risk altında olduğu müddətdə danışıqlar masasına qayıtmayacağıq”, - deyə o əlavə edib.

Bununla belə, sərt ritorikaya baxmayaraq, İran rəsmilərinin bu gün Cenevrədə Fransa, Almaniya və Britaniya rəsmiləri ilə görüşərək gərginliyi azaltmağın diplomatik yollarını müzakirə etmək cəhdi planlaşdırılır.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio dünən axşam fransalı həmkarı Jan-Noel Barrou ilə görüşündə deyib ki, Tramp administrasiyası istənilən mərhələdə İranla birbaşa danışıqlara hazırdır.

Xatırladaq ki, daha əvvəl Donald Tramp İranın danışıqlarla bağlı ABŞ-la əlaqə saxladığını, lakin danışıqlar üçün çox gec olduğunu bildirmişdi.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью