İsrailin Tehrana hücumu zamanı mülki şəxslər də həlak olub

13.06.2025

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

İsrailin İrana qarşı həyata keçirdiyi son hava hücumu zamanı paytaxt Tehranda bir neçə yaşayış binası hədəfə alınıb.

Hücum nəticəsində azı beş mülki vətəndaşın həyatını itirdiyi, 20-dən çox şəxsin isə yaralandığı bildirilir.

Hadisə barədə məlumat yayan "NourNews" agentliyinin açıqlamasına görə, ölən şəxslər Tehranda dağılmış binaların altında qalan insanlardır. Axtarış-xilasetmə işləri nəticəsində onların cəsədləri dağıntılar altından çıxarılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью