İsrailin ticarət birjaları rekord həddə yüksəldi

09.09.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təl-Əviv Birjasında ticarət kotirovkalarda 1,8% artımla bağlanıb və iki aparıcı indeks yeni rekordlar müəyyənləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Məlumata görə, bu, İsrail ordusunun Qətərdə HƏMAS rəhbərliyini sıradan çıxarması ilə bağlı xəbərlər fonunda baş verib.

TA-35 indeksi 1,8% artaraq 3133,78 bənd, TA-125 indeksi isə 1,7% artaraq 3204,15 bənd təşkil edib.

İsrailin Dohaya hücumu ilə bağlı yayılan xəbərdən sonra hər iki indeksin, eləcə də bütövlükdə birjanın artımı daha da güclənib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью