İsrailin verdiyi qərarlar Yaxın Şərqin simasını dəyişib Netanyahu

02.02.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşdə Fələstinin radikal HƏMAS hərəkatı üzərində qələbəni müzakirə etmək niyyətində olduğunu bildirib.

“Ölkə.az” xəbər verir ki, Baş nazirin açıqlamalarını onun ofisi yayıb.

"Trampla çox mühüm görüş üçün Vaşinqtona uçuram. Trampın andiçmə mərasimindən sonra onun xarici liderlə ilk görüşü olması İsrail Dövləti üçün böyük önəm daşıyır. Qarşıda duran ən mühüm məsələləri müzakirə edəcəyik", – Netanyahu deyib.

İsrailin hökumət başçısı qeyd edib ki, qarşıdan gələn görüş ölkə üçün çox vacibdir: “Bu, İsrail və ABŞ arasında müttəfiqliyin gücünü nümayiş etdirir, mənim Trampla şəxsi münasibətlərimin gücündən danışır, bu, artıq böyük fayda verib".

Onun sözlərinə görə, İsrailin müharibə zamanı verdiyi qərarlar və Ordunun əsgərlərinin qəhrəmanlığı artıq Yaxın Şərqin simasını dəyişib.

İsrail Baş nazirinin ofisi yanvarın 28-də bildirib ki, Tramp Netanyahunu fevralın 4-də Ağ Evdə keçiriləcək görüşə dəvət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью