İsrailin vurduğu bazada Türkiyə hərbçiləri olub? Açıqlama

20.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

İsrailin hücumundan əvvəl və ya hücumu zamanı “Əbu əl-Duhur” aviabazasında Türkiyənin hərbi nümayəndə heyəti olmayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Həm Suriyanın, həm də regionun sülhü və sabitliyi üçün İsrailin bu cür ehtiyatsız hücumları dayandırması və beynəlxalq hüquqa əsasən öhdəliklərinə əməl etməsi vacibdir”, - məlumatda bildirilib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətindəki "Əbu-əl-Duhur" hərbi aviabazasına zərbələr endirib.

Türkiyə mətbuatı isə İsrailin zərbə endirdiyi "Əbu-əl-Duhur" aviabazasına Türkiyə hərbçilərinin yerləşdiriləcəklərini yazmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью