Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Güclü iqtisadi əlaqələr xalqlar arasında və hökumətlər səviyyəsində yaxın münasibətləri əks etdirir. İnsanların münasibətləri gücləndikcə, ölkələr arasında əlaqələr də möhkəmlənir. Məhz buna görə Azərbaycana biznes və iqtisadi təşkilatları təmsil edən 40-dan çox nümayəndədən ibarət heyətlə gəlmişik".
Oxu.Az xəbər verir ki, bu fikirləri İsrailin xarici işlər naziri Gideon Saar Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.
O qeyd edib ki, bu nümayəndələr su, kibertəhlükəsizlik, enerji, səhiyyə, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələri təmsil edirlər:
"Ümid edirəm ki, bu mərhələdə xüsusilə müdafiə, enerji, su, texnologiya və kibertəhlükəsizlik sahələrində investisiyalar artacaq. Bu mövzuları görüşlərimdə davam etdirəcəyəm. Azərbaycanın biznes mühitinin startaplar üçün də çox əlverişli olduğunu qeyd etmək istəyirəm. Təklif edəcəyimiz çox şey var və bunu bölüşmək istəyirik.
Bizim çoxlu ortaq cəhətlərimiz var. Bu strateji tərəfdaşlığı növbəti mərhələyə daşımaq, qarşılıqlı investisiyaları və xalqlar arasında əlaqələri artırmaq istəyirik. Əminəm ki, buna nail olacağıq. Birlikdə nələrə nail ola biləcəyimizi proqnozlaşdırmaq çətin deyil".
Məhərrəm Əliyev