İsrailin XİN başçısı Azərbaycana səfər edəcək KİV

10.01.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

İsrail xarici işlər naziri Gideon Saar yanvarın 26-da Bakıya gələcək.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "AIA Global" saytı məlumat yayıb.

"Səfər bir gün davam edəcək. Buraya bir sıra görüşlər, o cümlədən Azərbaycan xarici işlər naziri ilə danışıqlar daxildir. Bundan sonra Saar Qazaxıstana səfər edəcək", - İsrail mənbəsi bildirib.

"Bu səfər Qərb və İsrail analitiklərinin artan diqqəti fonunda baş verir, onlar tez-tez Bakını "Mərkəzi Asiyaya qapı" adlandırırlar", - məlumatda qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью