Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin xarici işlər naziri Gideon Saar Bakıda yəhudi icmasının liderləri ilə görüşüb.
Modern.az xəbər verir ki, İsrailin xarici işlər naziri görüşün şəkillərini sosial media hesabında paylaşıb.
"Bu gün təxminən 30.000 yəhudi Azərbaycanda ölkənin müsəlman əhalisi ilə yanaşı, qarşılıqlı hörmət, dini tolerantlıq və din azadlığı mühitində yaşayır. Nəsillər boyu Azərbaycan yəhudi icmasının rifahını və təhlükəsizliyini təmin edən müsəlmanların əksəriyyəti olan bir ölkə nümunəsi olub", - o qeyd edib.
İsrail xarici işlər naziri iki ölkə arasında sıx əlaqələri bir daha vurğulayıb. O, İsrailə qayıdan yəhudi icmasının və Azərbaycanda yaşayan yəhudilərin iki ölkə arasında münasibətlərin möhkəm təməlini təşkil etdiyini bildirib.
"Bu əlaqələr bir çox sahələrdə dərinləşməyə davam edir və biz onları daha da gücləndirmək niyyətindəyik", - deyə Saar vurğulayıb.