İsrailin yeni Baş Qərargah rəisi o olacaq

02.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz general-mayor Eyal Zamirin İsrail Müdafiə Qüvvələrinin (İDF) növbəti Baş Qərargah rəisi təyin edilməsinə razılaşıblar.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nəşr qeyd edir ki, Netanyahu və Katz fevralın 1-də Zamirin namizədliyi ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, yanvar 21-də Herzi Halevi  İsrail Müdafiə Qüvvələrinin (İDF) Baş Qərargah rəisi vəzifəsindən istefa verib. O, 2023-cü il oktyabrın 7-də ordunun uğursuzluğuna görə məsuliyyət daşıdığını etiraf edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью