İsrailin yeni müdafiə naziri Ostinlə danışdı

08.11.2024

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

İsrailin yeni müdafiə naziri İsrail Katz amerikalı həmkarı Lloyd Ostin ilə danışıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Katz X hesabında paylaşım edib.

"Bu gün mən ABŞ-ın müdafiə naziri ilə ilk söhbətimi keçirdim. Ona müharibənin başlanğıcından (7 oktyabr 2023-cü il – Red) ABŞ-ın İsrailə davamlı dəstəyinə və bütün girovların qaytarılması üçün birgə səylərə sadiqliyinə və İrandan gələn təhdidlərə qarşı mübarizədə strateji əlaqələrimizi qoruduğumuz üçün təşəkkür etdim”, - Katz bildirib.

Katz bildirib ki, tezliklə İsraildə Ostin ilə görüşəcəyinə əmindir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью