Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. "Hərbçilər Fələstinin radikal HƏMAS hərəkatını və Livanın "Hizbullah" hərəkatını darmadağın ed
Oxu.Az xəbər verir ki, bunu İsrailin yeni müdafiə naziri, əvvəllər Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş İsrael Kats ölkənin yeni xarici
"HƏMAS-a qarşı əməliyyatda İsrailin Müdafiə Ordusunun nailiyyətləri çox baha başa gəlsə də, son dərəcə güclüdür.
HƏMAS təşkilati baxımdan darmadağın olub, baxmayaraq ki, hələ də orada (Qəzza zolağında - red.) dağınıq terrorçu qrupları var.
Bizim məqsədimiz onların (HƏMAS - red.) Qəzza zolağında yenidən hakimiyyəti ələ keçirməsinə mane olmaqdır", - o bildirib.
"İsrailin Livanla şimal sərhədinə gəlincə, bizim zərbələrimiz hərbi məktəblərdə öyrəniləcək.
Biz "Hizbullah"ı məğlub etdik və təşkilatın baş katibi Həsən Nəsrullahın aradan qaldırılması bu məğlubiyyətin kuliminasiya nöqtəsi oldu.
İndi bizim məqsədimiz təzyiqləri davam etdirmək və Livanda təhlükəsizlik vəziyyətinin dəyişməsini təmin edərək, bu qələbənin bəhrəsini ortaya çıxarmaqdır,", - nazir əlavə edib.