İsrailin zərbələri nəticəsində 430 iranlı vəfat edib

23.06.2025

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İsrailin İrana hücumları nəticəsində indiyə qədər 430 mülki vətəndaş həlak olub, 3500-dən çox şəxs yaralanıb.
Newscenter.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlik İsrailin daha çox mülki obyektlərə zərbə vurduğunu iddia edib.
İsrail Baş Nazirinin ofisinin yaydığı açıqlamada isə İranın zərbələri nəticəsində 24 nəfərin öldüyü bildirilib. Həmçinin, 1272 nəfər yaralanıb.
Qeyd edək ki, bu gün səhər saatlarında İsrail İslam Respublikasının paytaxtı Tehrana da hava zərbələri endirib.
Mehman Mehdiyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью