Icma.az bildirir, Azvision saytına əsaslanaraq. AzVision.az İsrail mediasına istinadən xəbər verir ki, Aralıq dənizindən yaxınlaşan İsrailin
Obyektdə Rusiya istehsalı olan “Bastion” və Sovet istehsalı olan “Yaxont” gəmi əleyhinə raketlər saxlanılrıdı.
Məlumatda İsrailin Suriyanın Tartus şəhərinə atdığı bombalar Rixter cədvəli ilə 3 bal gücündə zəlzələyə səbəb olduğu bildirilir.
Maraqldıır ki, bundan əvvəl İsrailin baş naziri Binyamin Netahyahu ölkəsinin Suriya ilə qarşıdurmada maraqlı olmadığını və Dəməşqə qarşı siyasətini “yerdəki reallığa uyğun şəkildə” müəyyənləşdirəcəyini deyib.
Netanyahu xatırladıb ki, Suriya onilliklər ərzində İsrailin fəal düşməni olub, yəhudi dövlətinə “dəfələrlə hücum edib”, “başqalarının öz ərazisindən hücuma keçməsinə və İranın öz ərazisindən “Hizbullah”ı silahlandırmasına icazə verib”.
Bütün bunların bir daha təkrarlanmaması üçün İsrail son günlərdə bir sıra intensiv tədbirlər həyata keçirib.
Məhz bu baxımdan, o, Müdafiə naziri İsrael Katsla birlikdə ölkənin Müdafiə Qüvvələrinə Suriyadan gələn potensial təhlükələri zərərsizləşdirməyi və terrorçu qrupların sərhədə yaxın əraziləri ələ keçirməsinin qarşısını almağı tapşırdığını vurğulayıb.
“Cəmi bir neçə gün ərzində biz Əsəd rejiminin onilliklər ərzində qurduğu imkanları məhv etdik ki, artıq Suriya torpağından bizə qarşı təhlükəli silahlar yönəldilməsin.