İsrailin zərbələrindən ölən iranlıların sayı artıb

25.06.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyatları başlatmasından bəri ən azı 627 iranlı ölüb, 4 870-dən çoxu isə yaralanıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, ən çox yaralanan və ölənlər Tehran və Kirmanşahın payına düşüb:

"Ölənlərin ümumi sayının 86.1 faizi yerindəcə, 13.9 faizi isə xəstəxanalarda dünyasını dəyişib".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью