İsraillə müharibədən sonra İranda 21 min şübhəli saxlanılıb

13.08.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


İran polisi İsraillə 12 günlük müharibə zamanı 21 minə qədər şübhəlini həbs etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi İranın dövlət mediasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, iyunun 13-də İsrailin hava hücumlarından sonra İran təhlükəsizlik qüvvələri küçələrdə nəzarət-buraxılış məntəqələrinin artırılması ilə müşayiət olunan genişmiqyaslı həbs kampaniyasına başlayıb. Vətəndaşların şübhəli hərəkət etdiyini düşündükləri hər kəs barədə məlumat verə biləcəkləri “qaynar xətt” də yaradılıb.
“Vətəndaşlar tərəfindən edilən zənglərin sayı 41% artıb və bu, 12 günlük müharibə zamanı 21 min şübhəlinin həbsinə səbəb olub”, - İran polisinin sözçüsü Səid Müntəzirolmehdi deyib.
O, məhbusların nədə ittiham edildiyini açıqlamayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью