Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
İrlandiya millisində İsraillə keçiriləcək UEFA Millətlər Liqası oyunu öncəsi gərginlik yaşanır.
QOL.az xəbər verir ki, jurnalist Leyla Həmid “X” hesabında bəzi futbolçuların sentyabrın 27-də keçiriləcək matçda iştirakdan imtina etmək niyyətində olduğunu yazıb.
Məlumata görə, komanda sentyabrın 26-da məşqə vaxtında başlamayıb və futbolçularla məşqçilər korpusu uzun müddət iclas keçirib.
Qeyd edək ki, 160-dan çox irlandiyalı idmançı daha əvvəl milli komandaya İsraillə oyunları boykot etmək çağırışı edib.
Xatırladaq ki, ilk qarşılaşma sentyabrın 27-də Macarıstanın Debretsen şəhərində keçiriləcək. Cavab oyunu isə oktyabrın 4-də Serbiyanın Baçka Topola şəhərində baş tutacaq. Hər iki görüş təhlükəsizlik səbəbindən neytral meydanda keçirilir.
Bizi İnstaqramda izləmək üçün kliklə!