İsrailli aktyor ABŞ də təyyarə qəzasında ölüb

03.10.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrailli aktyor və pilot Gi Kapulnik ABŞ-nin Kaliforniya ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, 46 yaşlı Kapulnik qəza zamanı təyyarəni idarə edib.

Məlumata görə, təkmühərrikli təyyarə Kaliforniyadakı Hesperiya hava limanının yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə Kapulniklə yanaşı, 33 yaşlı Teylor Laska da olub. Qəza nəticəsində hər iki şəxs həyatını itirib.

“Kapulnik təkmühərrikli təyyarəni idarə edərkən hava gəmisi ABŞ-nin Kaliforniya ştatındakı Hesperiya hava limanının yaxınlığında qəzaya uğrayıb”, – məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью