Icma.az bildirir, futbolpress-az portalına istinadən.
İsrailin “Makkabi” (Təl-Əviv) klubunun azarkeşləri Avropa Liqasının “Aston Villa” ilə səfər matçına buraxılmayacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə Birmingem polisi qərar verib. Hüquq-mühafizə orqanları təhlükəsizlik səbəbindən israilli fanatların oyuna buraxılmayacağını açıqlanyıb.
Böyük Britaniyanın baş naziri Kir Starmer qərarı tənqid edib:
“Qərar yanlışdır. Polisin rolu futbol azarkeşlərinin zorakılıq və qorxu olmadan oyundan həzz almasını təmin etməkdir”.
İsrailin xarici işlər naziri Gidon Saar isə qərarı “utancverici” adlandırıb.
Noyabrın 7-də keçiriləcək “Aston Villa” – “Makkabi” oyununa saat 00:00-da start veriləcək.