İsrailli deputat: HƏMAS la atəşkəs üçün yaxşı şans var

08.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İsrailin Baş naziri Benyamin Netanyahunun təhlükəsizlik kabinetinin üzvü olan İsrail parlamentinin deputatı Zeev Elkin HƏMAS ilə atəşkəs razılaşmasının əldə edilməsi üçün əhəmiyyətli şansın olduğunu bildirib.

Bu barədə Bakıvaxtı.az “Times of Israel”ə istinadən xəbər verir.

“HƏMAS bir neçə mərkəzi məsələni dəyişmək istəyir. Bu, asan deyil, lakin irəliləyiş var”, - Elkin İsrailin “Kan” telekanalına deyib.

Xatırladaq ki, İsrail və Fələstinin HƏMAS hərəkatı hazırda Qəzza zolağında vəziyyəti sabitləşdirmək üçün beynəlxalq səylər fonunda atəşkəslə bağlı danışıqları davam etdirir. Danışıqlar Misir və Qətərin vasitəçiliyi ilə aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью