İsrailli deputat: Qəzzaya yardım adı ilə silah göndərilir

12.08.2025

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu sözləri İsrailli deputat, "Likud" Partiyasının üzvü Moşe Saada ölkənin "Kan" radiosuna müsahibəsində dilə gətirib. Hərçənd iddiasını təsdiqləmək üçün hər hansı sübut irəli sürməsə də, Qəzzaya göndərilən humanitar yardımların HƏMAS terror təşkilatını "silahlandırdığını" diqqətə çatdırıb.
"Axı kimsə həmin yardım paketlərini yoxlayırmı? Artıq hamıya məlumdur ki, onların daxilində sursat gizlədilir", – deputat vurğulayıb.
Saada, eyni zamanda, söyləyib ki, İsrailin bütün Qəzza zolağını nəzarətə götürməsi "müharibə qələbənin yeganə yoludur".
Xatırladaq ki, avqustun 7-də İsrailin Təhlükəsizlik Kabinetinin iclasında Qəzza zolağında hərbi əməliyyatların artırılmasına, Qəzza şəhərinin mühasirəyə alınmasına və tədricən ələ keçirilməsinə qərar verilib. Əksər ölkələr bu addımı qınayaraq, fəlakətli nəticələrə gətirib çıxaracağını bildirib.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью