İsrailli diplomatdan fars dilində sirli paylaşım

07.07.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

İsrailin BMT-nin Cenevrə ofisindəki siyasi müşaviri Valed Gadban “X” sosial şəbəkəsində fars dilində müəmmalı bir paylaşım edib. 

Missiya.Az xəbər verir ki, siyasətçi paylaşımına İran bayrağı da əlavə edərək yazıb: 

“Gecəniz xeyrə qalsın. Bazar ertəsi qəribə və maraqlı gündür. İzləmədə qalın!", - deyə Gadban vurğulayıb.

Qeyd edək ki, paylaşım Yaxın Şərqdəki gərginlik fonunda yayılıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью