İsrailli generaldan İranla bağlı sensasion mesajlar: Hücuma keçmək üçün...

26.01.2026

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, ehtiyatda olan general-mayor Eliezer Çeyni-Marom regionda müşahidə edilən mümkün gərginliklə bağlı diqqətçəkən mesajlar verib.

Globalinfo.az-ın xəbərinə görə, o, ABŞ-ın İrana zərbə endirmə ehtimalını real və zaman baxımından məhdud bir imkan kimi dəyərləndirib.

Çeyni-Maromun fikrincə, İranda son aylarda baş verən kütləvi etirazlar və onların sərt şəkildə yatırılması Vaşinqton üçün yeni siyasi şərait yaradıb. Onun sözlərinə görə, daxildə artan zorakılıq görüntüləri ABŞ-a mümkün hərbi əməliyyatlara başlamaq və bunu əsaslandırmaq üçün imkan yaradır. Bu isə hüquqi yox, daha çox siyasi və mənəvi legitimlik deməkdir.

Sabiq hərbi komandan vurğulayıb ki, söhbət klassik müharibədən və ya İraq modelində rejim dəyişikliyindən getmir. Onun təsvir etdiyi ssenari ABŞ-ın son illərdə tətbiq etdiyi taktikalara bənzəyir. Burada İran İnqilab Keşikçiləri Korpusu, idarəetmə infrastrukturu və qərarverici mərkəzlərə yönəlmiş dəqiq zərbələr nəzərdə tutulur. Məqsəd ərazi ələ keçirmək yox, rejimin hakimiyyətdə qalmaq şanslarını minimuma endirməkdir.

Çeyni-Marom həmçinin qeyd edib ki, bugünkü İran əvvəlki illərlə müqayisədə daha zəif və kövrək vəziyyətdədir. Onun sözlərinə görə, rəsmi Tehran hələ də raketlərə və regional təsir şəbəkələrinə malik olsa da, daxili sabitlik baxımından ciddi problemlərlə üz-üzədir və bu da onu xarici təzyiqlərə daha həssas edir.

Bununla yanaşı, Çeyni-Marom mümkün zərbələrin qarşısını ala biləcək yeganə faktor kimi Tehranın fövqəladə addım atmasını göstərib. Onun fikrincə, yalnız uranın zənginləşdirilməsindən dərhal imtina və real danışıqlara hazır olma belə bir ssenarini dayandıra bilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью